...

Bakı Piano Festivalında iki virtuoz - Yuri Sayutkin və Karol Beffa çıxış edib (FOTO/VİDEO)

Mədəniyyət Materials 25 İyun 2023 20:30 (UTC +04:00)
Bakı Piano Festivalında iki virtuoz - Yuri Sayutkin və Karol Beffa çıxış edib (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı Piano Festivalının zəngin proqramı iki virtuozun - Yuri Sayutkin və Karol Beffanın ifasında klassik musiqi ilə davam edib.

Yuri Sayutkin pianoçu və Bakı Musiqi Akademiyasının məzunu (1995), Pianoçuların Respublika Müsabiqəsinin laureatı (1-ci mükafat, 1996), beynəlxalq müsabiqələrin, festivalların və ustad dərslərinin iştirakçısıdır. O, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Türkiyədə konsert proqramları ilə çıxış edib.

İkinci hissədə Vəlid Ağanın dirijorluğu ilə kamera orkestrinin müşayiəti ilə müasir fransız bəstəkarı Karol Beffanın bəstələri müəllifin özü tərəfindən ifa olunub.

İnsan-orkestr Karol Beffa - pianoçu, bəstəkar, bir neçə beynəlxalq mükafatlar laureatı, Paris Konservatoriyasının fəxri müəllimidir. Karol Beffanın musiqisi iki aydın şəkildə müəyyən edilmiş tendensiya ilə xarakterizə olunur: bir tərəfdən, yavaş harmonik ritm, çalarların və vəziyyətlərin bir növ poeziyası ilə xarakterizə olunan düşüncəli, hipnotik musiqidir. Digər tərəfdən, bu, əbədi hərəkətə və transformasiyaya can atan enerjili, neyroritmik musiqili diskursdur.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti