...

Filarmoniyada Musiqili Poeziya Gecəsi keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 11 Mart 2024 15:13 (UTC +04:00)
Filarmoniyada Musiqili Poeziya Gecəsi keçirilib (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Musiqili Poeziya Gecəsi keçirilib.

Trend xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə qiraətçilər Hüseynağa Aslanov və Nərgiz Hüseynzadə, solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin), Camalə Abdinzadə (piano), Mədinə Şahgəldiyeva (kamança), İsmayıl Zülfüqarov (tar), Cəfər Həsənov (nağara), Orxan Soltanov (balaban) öz ifalarını təqdim ediblər.

Konsertdə Səməd Vurğun, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Rəsul Rza, Ramiz Rövşən,Nəriman Həsənzadə, İlqar Fəhmi, Əliabbas Qasımov, Pərviz Seyidlinin şeirləri və E.Elqar, A.Məlikov, E.Morrikone, H.Mançini, V.A.Motsart, P.İ.Çaykovski, C.Quliyev, K.Debüssi, V.Mustafazadə, V.Azaraşvili, V.Adıgözəlov, V.Lebedyev, Pikə Axundovanın əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti