...

“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalına start verilir

Mədəniyyət Materials 15 Mart 2024 15:35 (UTC +04:00)
“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalına start verilir

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı ,Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi,Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya CəmiyyətiXətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və akvarel texnikası ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə ənənəvi festival beynəlxalq formatda!

“AZƏRBAYCANIM” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur.

8-21 yaş arası Azərbaycan və xarici ölkə vətəndaşları olan uşaq, yeniyetmə və gəncləri iştirak üçün 2024-cü il aprel ayının 10-dək iştirakçı anketi tamamlayaraq [email protected] elektron unvanına göndərməklə müsabiqəyə qatıla bilərlər:

1. Əsərin fotosu:

2. Əsərin adı:

3. Müəllifin soyadı, adı

4. Təvəllüd:

5. Ölkə,şəhər:

6. Əlaqə:

Mövzu: Güllər.

Texnika: 100 % Akvarel

Ölçü: 30x40 sm qədər.

Əsərlər tət-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.

Hər bir iştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin seçimlərdən sonra hər bir müəllifin yalnız 1 əsəri dəvət olunacaq.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.

Seçimlər əvvəlcədən elan olunmuş münsiflər heyyəti tərəfindən aparılacaq.

Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq 8-12, 13-16 , 17-21 yaş arası.

Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!

İlkin seçimlər onlayn olaraq aparılacaq.

20 apreldə ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək.

Seçilmiş əsərlər 10 may 2024-cü il tarixinə qədər ünvana çatdırılmalıdır.

Hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək.

Sərgnin onlayn kataloqu hazırlanacaq.

Xarici ölkə vətəndaşlarının əsərləri tərəfimizdən çərçivələnib sərgilənəcək və bu əsərlər iştirakçının öz hesabına geri göndərilə bilər .

Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.

Hər yaş qrupu üzrə sərgidən ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq.

Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq mükafat, diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqə və festivalda iştirak ödənişsizdir.

Əsəri seçilən xarici ölkə vətəndaşı öz hesabına sərgilərdə və festivalda iştirak edə bilər.

Əlavə suallar üçün - 051-310-74 01 tel|whatsapp
Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi
Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025
Tel: (+994) 12 490 84 51/52/53
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.

Xəbər lenti

Xəbər lenti