...

Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb (VİDEO)

Mədəniyyət Materials 4 Dekabr 2024 07:19 (UTC +04:00)
Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.

Trend-in məlumatına görə, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" səhifəsində bildirilib.

"Bu gün Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyası uğurla Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi!

Bununla, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarındakı irs nümunələrinin sayı 24-ə çatdı.

Azərbaycan xalqının zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən bu qeyri-maddi mədəni irs nümunəsi, eyni zamanda, dünya mədəniyyətinə töhfədir. Bu nailiyyət UNESCO dəyərlərinin təbliğinə Azərbaycanın davamlı dəstəyini ifadə edir.

Bütün Azərbaycan xalqını bu uğur münasibətilə ürəkdən təbrik edirik!", - UNESCO üzrə Azərbaycan Milli Komissiyasından bildirilib.

Xəbər lenti

Xəbər lenti