...

Trend-in müxbiri Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunub (FOTO)

Mədəniyyət Materials 4 Mart 2025 16:24 (UTC +04:00)
Trend-in müxbiri Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend Life:

Trend BİA mədəniyyət bölməsinin rəhbəri, “Tərəqqi” medalı laureatı Vüqar İmanov Mədəniyyət naziri Adil Kərimlinin imzasını daşıyan Mədəniyyət Nazirliyinin “Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə” Fəxri diplomu ilə təltif olunub.

Mükafatlandırma mərasimi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) yeni “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihəsi çərçivəsində Azərbaycanın Musiqi-Mədəniyyət Dövlət muzeyində baş tutub.

Layihənin ilk qonağı Vüqar İmanov olub. Azərbaycanın Milli Mətbuatının 150 illiyinə həsr olunmuş layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət sahəsində jurnalistikaya marağını artırmaq, onların bu istiqamətdə fəaliyyətlərini genişləndirməsinə və praktiki bacarıqlara yiyələnməsinə vasitəçilik etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti