...

Azay Quliyevin görüşləri davam edir (FOTO)

Seçki 2015 Materials 22 Oktyabr 2015 20:17 (UTC +04:00)
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün dairə ərazisindəki Ə.Naxçıvani küçəsinin seçiciləri ilə görüş keçirib.
Azay Quliyevin görüşləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün dairə ərazisindəki Ə.Naxçıvani küçəsinin seçiciləri ilə görüş keçirib.

Qeyd edək ki, sözügedən ünvanda A.Quliyevin seçicilərlə görüşü oktyabrın 15-də də olmuşdu. Deputatlığa namizədin eyni ünvanda təkrar görüşünün keçirilməsi sakinlərin təşəbbüsü və dəvəti ilə baş tutub.

Diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdırıblar.

A.Quliyev son illərdə ölkə Prezidentinin tapşırıqları əsasında Binəqədi rayonunda əhalinin rahatlığının təmin olunması üçün irimiqyaslı yenidənqurma və abadlaşdırma işləri görüldüyünü qeyd edərək bildirib ki, seçicilərin dəstəyi ilə deputat seçildikdən sonra o da millət vəkili kimi bu prosesə öz səlahiyyətləri çərçivəsində dəstək verəcək: "Ümid edirəm ki, sizin burada səsləndirdiyiniz məsələlərin həllinə biz birlikdə nail ola bilərik".

Kampaniya çərçivəsində seçicilərlə görüşlərə daha çox əhəmiyyət verdiyi üçün A.Quliyevə təşəkkür edən sakinlər 1 noyabrda yekdilliklə ona səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 23-də deputatlığa namizəd A.Quliyev dairədə yaşayan gənc seçicilərlə görüş keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti