Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Trend-ə MSK-dan verilən məlumata əsasən, iclasda Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.