...

Amerikalı ekspert: Azərbaycanda parlament seçkiləri azad və demokratik keçiriləcək

Seçki 2015 Materials 30 Oktyabr 2015 15:45 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri azad və demokratik keçiriləcək.
Amerikalı ekspert: Azərbaycanda parlament seçkiləri azad və demokratik keçiriləcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycanda parlament seçkiləri azad və demokratik keçiriləcək. Bu barədə Trend-ə "Tool Shed Group"un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir: "ABŞ anlayır ki, Azərbaycan Birləşmiş Ştatlarının dost adlandıra biləcəyi azsaylı müsəlman ölkələrdən biridir. Amerikalı yəhudilərin tez-tez Azərbaycana gələ bilməsi və burada özlərini tam rahat hiss etməsi faktı öz-özlüyündə çox şeydən xəbər verir".

C.Kats qeyd edib ki, Azərbaycan barədə dezinformasiya yayan erməni diasporu ABŞ və Azərbaycan arasında tez-tez fikirayrılığına səbəb olur: "Erməni diasporu Amerika hakimiyyətini inandırmağa məcbur etmək istəyir ki, Azərbaycan qorxunc müsəlman ölkəsidir".

Ekspert əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində və bütün regionun sabitliyində maraqlıdır, çünki bu hamının xeyrinə olacaq: "Hazırda Ermənistan bu günü və gələcəkdə perspektivi olmayan ölkədir. Dağlıq Qarabağ münaqişəsi nizamlandıqdan sonra Ermənistan Azərbaycan və Türkiyə ilə yanaşı, bütün regional layihələrin hissəsi ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti