...

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb

Gündəm Materials 5 Fevral 2018 19:46 (UTC +04:00)
2018-ci ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb
Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb

Bakı. Trend:

2018-ci ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib.

O bildirib ki, Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edir.

Ümumilikdə bu ilin yanvar ayında Gürcüstana 444,2 min əcnəbi gəlib. Bir il ərzində bu göstərici 14,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti