...

Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! ZƏHƏRLƏNMƏ riski var

Gündəm Materials 20 Fevral 2018 12:14 (UTC +04:00)
Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır.
Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! ZƏHƏRLƏNMƏ riski var

Bakı. İlhamə Isabalayeva - Trend:

Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, çox zaman insanlar həmin preparatları həkimin təyinatı əsasında alsalar da, həkim məsləhəti olmadan, sərbəst şəkildə verdikləri qərar əsasında dozanı aşırlar: "Belə dərmanları intihar məqsədilə də içirlər və xəstəxanaya dərmandan zəhərlənmə diaqnozu ilə qeydiyyata düşürlər".

İ.Əfəndiyev deyib ki, dərmanlardan zəhərlənənlərin 17 faizini uşaqlar təşkil edir. Bu hallar da valideynlərin uşaqları nəzarətsiz buraxmalarına görə baş verir.

Həkim-toksikoloq qeyd edib ki, 2016-2017-ci illərdə baş vermiş dərman zəhərlənmələri təhlil olunub. 2016-ci ildə ölkədə 732 nəfər, 2017-ci ildə isə 714 nəfər dərmandan zəhərlənib: "Bu isə onu göstərir ki, ölkədə dərmanlardan zəhərlənmələrinin sayı azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti