...

Müdafiə Nazirliyi: Belə məlumatların yayılması düşmənin maraqlarına xidmət edir

Gündəm Materials 28 Mart 2018 15:54 (UTC +04:00)
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Müdafiə Nazirliyi: Belə məlumatların yayılması düşmənin maraqlarına xidmət edir

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə qeyd edilir: "Aprelin 1-dən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.

Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir".

Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti