Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankarada Türk Tarixi Parkı salınacaq.
Trend-in məlumatına görə, parkın ümumi ərazisinin 80 min kv.m olması nəzərdə tutulur.
Tikinti işləri üçün aprelin 27-də tender elan olunacaq. Parkın inşası tenderin nəticələrinin elan olunmasından 210 gün sonra başa çatacaq.
Parkda 45 min kv.m-lik ərazidə qapalı məkanın inşası da planlaşdırılır. Burada gələcəkdə sərgi və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Türk Tarixi Parkının tikintisi yerli şirkətlər tərəfindən həyata keçiriləcək.