Bakı. Elçin Mehdiyev – Trend:
Maddi dəstək alacaq din xadimlərinin siyahısı dəqiqləşdirilir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir.
M.Qurbanlı bildirib ki, Fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Onun sözlərinə görə, Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib.
Komitə sədri bildirib ki, bu, maaş kimi deyil, maddi dəstək formasında din xadimlərinə verilcək.
M.Qurbanlı qeyd edib ki, vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq: “Dəstək vəzifəyə görə dəyişəcək. Daha çox əməkhaqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də Fonddan maddi dəstək veriləcək".