...

ETSN: Toz-dumanın miqdarı sanitar norma daxilindədir

Gündəm Materials 20 Aprel 2018 09:40 (UTC +04:00)
20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.
ETSN: Toz-dumanın miqdarı sanitar norma daxilindədir

Bakı. Trend:

20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

Qeyd edək ki, ötən gün Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faizdən yuxarı olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti