...

Nazir müavini: Çoxmərtəbəli binada yanğının söndürülməsinə 25 texnika və 100-dək canlı qüvvə cəlb edilib

Gündəm Materials 28 Aprel 2018 16:30 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada baş verən yanğının söndürülməsinə 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb edilib.
Nazir müavini: Çoxmərtəbəli binada yanğının söndürülməsinə 25 texnika və 100-dək canlı qüvvə cəlb edilib

Bakı. Samir Əli - Trend:

Bakıda çoxmərtəbəli binada baş verən yanğının söndürülməsinə 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb edilib.

Trend-in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub: "Yanğın 3 saatdan artıq davam edib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhərdə tıxacdır. Bu, iri texnikaların yanğın yerinə yaxşınlaşmasına çətinlik törədirdi. Yanğının səbəbi araşdırılır".

Nazir müavini deyib ki, yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib: "Hadisə zamanı xəsarət alan olmayıb. Bəzi saytlarda bir nəfərin özünü atması barədə məlumatlar verilib. Bu, tam əsassızdır. Yanğınsöndürənlər arasında zəhərlənən olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti