Bakı. Trend:
Bakının bir sıra ərazilərində su olmayacaq.
"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 12 iyun 2018-ci il tarixində gün ərzində Nəsimi rayonu 1, 2, 3, 4, 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.