...

Diqqət! Bu yolda rənglənmə işləri aparılır

Gündəm Materials 14 Avqust 2018 11:33 (UTC +04:00)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Diqqət! Bu yolda rənglənmə işləri aparılır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti