...

Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb (FOTO)

Gündəm Materials 28 Avqust 2018 16:03 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 əcnəbi saxlanılıb
Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb (FOTO)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 əcnəbi saxlanılıb.

DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 62-nin barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti