...

Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı yayılan məlumatları araşdırır

Gündəm Materials 31 Avqust 2018 12:21 (UTC +04:00)
Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı yayılan məlumatları araşdırır.
Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı yayılan məlumatları araşdırır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları araşdırır.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Hindistandakı səfirliyinə bu məlumatı araşdırmaq barədə tapşırıq verilib:

“Hindistandakı diplomatik nümayəndəliyimizə Ermənistan KİV-lərdə yer alan bu məlumatların nə dərəcə doğru olduğunu dəqiqləşdirmək və zərurət olarsa, bu məsələ ilə bağlı Hindistan tərəfi ilə görüşmək təlimatı vermişik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti