...

Bakıda yaşıllıq ərazidə obyekt tikilir – nazirlik araşdırmalara başladı (FOTOFAKT)

Gündəm Materials 31 Avqust 2018 17:00 (UTC +04:00)
Bakıda yaşıllıq zona məhv edilir.
Bakıda yaşıllıq ərazidə obyekt tikilir – nazirlik araşdırmalara başladı (FOTOFAKT)

Bakı. Samir Əli - Trend:

Bakıda yaşıllıq zona məhv edilir. Bu barədə Trend-ə Bakı şəhər sakini Vüsal Kərimov məlumat verib.

Onun sözlərinə görə, bu vəziyyət paytaxtın Nizami rayonunda qeydə alınıb:

"Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 42 ünvanında ("Siyaqut Plaza" şadlıq sarayının arxası, 42 nömrəli binanın ərazisi) yaşıllıq ərazidə obyekt tikintisi üçün beton tökülür".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Trend-ə bildiriblər ki, qurumun əməkdaşları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti