...

Bakıda yaşlı qadının brilyant üzüyünü barmağından alıb qaçdılar

Gündəm Materials 12 Sentyabr 2018 22:00 (UTC +04:00)
Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət edib.
Bakıda yaşlı qadının brilyant üzüyünü barmağından alıb qaçdılar

Bakı. Samir Əli - Trend:

Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət edib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1-də baş verib.

Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.

Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti