...

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri ortaq sallaqxanalar yarada bilər

Gündəm Materials 8 Oktyabr 2018 15:54 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri ortaq sallaqxanalar yarada bilər.
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri ortaq sallaqxanalar yarada bilər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında səhiyyə, heyvandarlıq məhsullarının ticarəti, eləcə də regionda xəstəliklərin nəzarətə götürülməsi üçün laboratoriyaların və sallaqxanaların yaradılması sahəsində əlaqələr genişlənir.

Trend-in məlumatına görə, bunu IRNA-ya İranın Baytarlıq İdarəsinin sədri Əlirza Rəfiipur İƏT ölkələrinin baytarlıq idarələri rəhbərlərinin 3-cü iclasında deyib.

Onun sözlərinə görə, İƏT ölkələrinin coğrafi şəraiti Yaxın Şərq, Asiya və Avropada dəniz, hava və dəmir yolu sektorunda əməkdaşlığa imkanlar yaradıb:

"Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri laboratoriya şəbəkəsinin yaradılması sahəsində razılaşma əldə edə bilərlər. Bu, üzv ölkələrin xeyrinə ola bilər. Beynəlxalq ticarətdə vahid "yol xəritəsi"nin hazırlanması, qida təhlükəsizliyi, xəstəlik yaradan amillərin müəyyənləşdirilməsi İƏT ölkələri vətəndaşlarının sağlamlığının təmin edilməsinə kömək edə bilər”.

Ə.Rəfiipur bildirib ki, bu iclas gələcəkdə heyvan, quş və su canlılarında xəstəliklərə nəzarət etmək üçün sərhəd bölgələrində laboratoriyaların yaradılması sahəsində anlaşma memorandumunun imzalanması məqsədilə təşkil olunub.

İran Baytarlıq İdarəsinin sədri qeyd edib ki, regionda və ümumilikdə Asiya qitəsində əmtəə dövriyyəsinin artırılması üçün İƏT-ə üzv ölkələr ticarət və tranzit sektorlarında çox yaxşı əməkdaşlıq edə bilərlər.

O əlavə edib ki, İƏT-ə üzv olan bəzi ölkələr tərəfindən ortaq sallaqxana şəbəkəsi də yaradıla bilər: "Belə olduğu halda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin ət tələbatının bir hissəsi təmin olunacaq".

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin baytarlıq idarələri rəhbərlərinin 3-cü iclası 10 ildən sonra ötən gün Tehranda işə başlayıb və üç gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti