...

Bakının bu küçə və prospektlərində tıxac var

Gündəm Materials 10 Oktyabr 2018 09:19 (UTC +04:00)
Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.
Bakının bu küçə və prospektlərində tıxac var

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Trend-in məlumatına görə, bu dəqiqələrdə Əbdülvabah Salamzadə küçəsindən üzü Qələbə dairəsinə doğru nəqliyyat sıxlığı səbəbindən maşınlar saatda 9 km sürətlə hərəkət edir.

O cümlədən Hənifə Ələsgərov - Tbilisi prospekti, Həsən bəy Zərdabi - Qələbə dairəsi dairəsi, Rəşid Behbudov küçəsi - Bakıxanov küçəsi, Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində sıxlıq müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti