...

ETSN: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb

Gündəm Materials 14 Oktyabr 2018 09:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 09:00-a olan vəziyyət barədə məlumat açıqlayıb
ETSN: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 09:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən son məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti