Bakı. Samir Əli - Trend:
Tovuz sakini evin damından yıxılaraq ayaqlarını sındırıb.
Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qorxmaz Abbas oğlu özünə məxsus evin damından yerə tullanarkən yıxılıb.
Hadisə nəticəsində Q.Hüseynovun hər iki ayağı daban hissəsindən sınıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.