Bakı. Elçin Mehdiyev – Trend:
Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".
Deputat sözlərinə görə, bundan başqa, dərsliklərdə bəzi mətnlər ləhcə ilə yazılır.