Bakı. Elnur Bağışov - Trend:
Bəzi Avropa ölkələri üçün İran viza möhürünün pasportlara vurulması problemi həll olunub.
Trend-in məlumatına görə, bunu İranın Turizm Agentlikləri Birliyinin sədri Hörmətullah Rəfii deyib.
Onun sözlərinə görə, Avropanın bəzi ölkələrində vətəndaşların pasportlarına İran möhürü vurulduqda onların ABŞ-la ticarət mübadilələrinin qarşısının alınması ilə bağlı narahatlıq vardı.
Artıq bu problem aradan qaldırılıb.