...

Nazirlik: Sürüşmə zonasında uçqun-töküntu prosesi və qruntun yerdəyişməsi müşahidə edilir

Gündəm Materials 21 Oktyabr 2018 15:28 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Nazirlik: Sürüşmə zonasında uçqun-töküntu prosesi və qruntun yerdəyişməsi müşahidə edilir

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:

Qeyd olunur ki, sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun yerdəyişməsi müşahidə edilir: "Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti