...

Paytaxtda cinayət işləri üzrə dəymiş maddi ziyanın 67,3 faizi ödətdirilib

Gündəm Materials 24 Yanvar 2019 17:22 (UTC +04:00)
Ötən il paytaxtda cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın 67,3 faizi ödətdirilib.
Paytaxtda cinayət işləri üzrə dəymiş maddi ziyanın 67,3 faizi ödətdirilib

Bakı. Samir Əli - Trend

Ötən il paytaxtda cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın 67,3 faizi ödətdirilib.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bunu geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Qeyd olunub ki, hesabat dövründə 76 quldurluq hadisəsi əvvəlki illə müqayisədə 8 hadisə çox olub, onlardan 8-i, qeydə alınmış ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb:

"2018-ci ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1115 işdən 547-si, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12 390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb".

Bildirilib ki, 2018-ci ildə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 518 min manat maddi ziyandan 4 milyon 386 min manatı (67.3%), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 862 min manat maddi ziyandan 25 milyon 80 min manatı (86,9%) istintaq zamanı ödətdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti