...

Komitə sədri: Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb (FOTO)

Gündəm Materials 25 Yanvar 2019 10:51 (UTC +04:00)
Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb.
Komitə sədri: Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda istifadəyə verilən yeni yaşayış evlərinin sayı artıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.

S.Nuriyev qeyd edib ki, iqtisadiyyatın aparıcı sektorlarından biri olan tikinti sektorunun inkişafı ilk növbədə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir, böyük sosial əhəmiyyətə malikdir.

Komitə sədri bildirib ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya 2017-ci illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

O vurğulayıb ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan müsbət dəyişikliklər beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzindədir:

"Belə ki, həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, Azərbaycan, həmçinin "Tikinti üçün icazələrin alınması" indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti