...

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır - Yeraltı keçid tikilir

Gündəm Materials 13 Fevral 2019 18:28 (UTC +04:00)
Prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır - Yeraltı keçid tikilir

Bakı. Samir Əli - Trend:

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamüddətli məhdudlaşdırılacaq.

Avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti