...

Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradıldı

Gündəm Materials 25 Fevral 2019 09:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apelyasiya Komissiyasına 25, 26, 27 fevral 2019-cu il tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti