...

Keçən il 4 məhkəmə hakiminə töhmət verilib

Gündəm Materials 28 Fevral 2019 12:57 (UTC +04:00)
2018-ci ildə ölkədə 4 məhkəmə hakiminə töhmət verilib.
Keçən il 4 məhkəmə hakiminə töhmət verilib

Bakı. Samir Əli - Trend:

2018-ci ildə ölkədə 4 məhkəmə hakiminə töhmət verilib.

Trend-in məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının İclasında məlumat verilib.

İclasda bildirilib ki, ötən il Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər nöqsanlara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti