...

STP: Metaləritmə zavodunda baş vermiş hadisədə xəsarət alanların və ölən şəxsin bütün xərcləri qarşılanıb

Gündəm Materials 28 Mart 2019 12:42 (UTC +04:00)
Sumqayıt Texnologiyalar Parkı martın 22-də metaləritmə zavodunda baş verən hadisə ilə bağlı açıqlama yayıb.
STP: Metaləritmə zavodunda baş vermiş hadisədə xəsarət alanların və ölən şəxsin bütün xərcləri qarşılanıb

Bakı. Trend:

Sumqayıt Texnologiyalar Parkı martın 22-də metaləritmə zavodunda baş verən hadisə ilə bağlı açıqlama yayıb.

STP-dən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir ki, poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib: "Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək.

Qeyd edək ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar. Əməkdaşların hər biri icbari siğorta olunublar. Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti