...

Bakıda vətəndaşları aldadan "makler"lərə hökm oxundu - 16,7 il

Gündəm Materials 5 Aprel 2019 19:06 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bakıda vətəndaşları aldadan "makler"lərə hökm oxundu - 16,7 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, İ.Cəfərli evləri söküləcək “Sovetski” sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.

Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti