...

Bakıda özünü məktəb pəncərəsindən atan şagird dünyasını dəyişib

Gündəm Materials 6 Aprel 2019 13:39 (UTC +04:00)
Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan 15 yaşlı şagird xəstəxanada dünyasını dəyişib.
Bakıda özünü məktəb pəncərəsindən atan şagird dünyasını dəyişib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan 15 yaşlı şagird xəstəxanada dünyasını dəyişib.

Trend-in məlumatına görə, bir neçə gün əvvəl qabırğaların və çanaq sümüyünün sınıqları diaqnozu ilə xəstəxanaya yerləşdirilən Y.Hecıyeva bu gün səhər keçinib.

Qeyd edək ki, hadisə Səbail rayonu, 162 saylı orta məktəbdə baş verib.

2004-cü il təvəllüdlü Y.Hacıyevanın özünü məktəbin pəncərəsindən atmasına səbəb şagird yoldaşlarının onun haqqında söz-söhbətləri olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-ə bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti