...

Şəkidə partlayışda xəsarət alan şəxsin vəziyyəti - AÇIQLAMA

Gündəm Materials 15 Aprel 2019 09:39 (UTC +04:00)
Şəkidə evdə baş vermiş partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.
Şəkidə partlayışda xəsarət alan şəxsin vəziyyəti - AÇIQLAMA

Bakı. Ceyhun Ələkəbrov - Trend:

Şəkidə evdə baş vermiş partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, ötən gün axşam saatlarında Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğınla nəticələnən partlayış xəsarət alan şəxs 1940-cı il təvəllüdlü Tofiq Valeh oğlu Hüseynovdur. O, hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsindədir.

Xəstəxanadan verilən məlumata görə, onun xəsarətləri başın hər iki tərəfinin, boyun və kürəyin ikinci, üçüncü dərəcəli yanığıdır.

Qeyd edək ki, ötən gün Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti