...

Səhiyyə Nazirliyi pullu müalicəyə etiraz olaraq aksiya keçirən şəxsin iddiasına cavab verdi

Gündəm Materials 20 May 2019 10:45 (UTC +04:00)
Səhiyyə Nazirliyi anasının müalicəsinin pullu olduğunu iddia edən və bununla əlaqədar nazirliyin binası qarşısında aksiya keçirən şəxsin iddiasına cavab verib.
Səhiyyə Nazirliyi pullu müalicəyə etiraz olaraq aksiya keçirən şəxsin iddiasına cavab verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi nazirliyin binası qarşısında aksiya keçirən şəxsin iddiasına cavab verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib: "Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. Belə ki, xəstə,1963 -ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü il fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çox saylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD velkeyd, sikofosfan, deksametazon kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir".

O da bildirilir ki, Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır:

"Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib. Şənbə günü isə Nazirliyin qarşısında səs küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.

Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır hədəf terapiyası İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya institutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti