Bakı. Samir Əli - Trend:
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Allahverdiyev Vüsal Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Səbail rayonu, Badamdar şosesi 112 saylı ünvanın qarşısında 1944-cü il təvəllüdlü Hüseynov Qəşəm Dadaş oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.