...

Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Gündəm Materials 12 İyul 2019 14:03 (UTC +04:00)
Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb
Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə düşüb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan beş nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Qeyd olunur ki, xəsarət alanlardan biri 33 yaşlı Azərbaycan vətəndaşı Aygün Hüseynova olub.

Xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti