Bakı. Trend:
Bu gün Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən "Bakı Xəbər" qəzetinin 16 yaşı tamam olur.
Trend-in məlumatına görə, "Bakı Xəbər" 2003-cü il sentyabrın 4-də oxucularına ilk buraxılışını təqdim edib. Qəzet daim obyektiv və tərəfsizliyini qoruyub saxlamaqla Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləro mütəmadi oxuculara çatdırır.
Bununla yanaşı, "Bakı Xəbər" müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə oxucuları hər zaman maarifləndirir.
TREND İnformasiya Agentliyinin kollektivi həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.