...

Bakıda kürəkən itkin düşən 81 yaşlı qayınanasını axtarır

Gündəm Materials 9 Sentyabr 2019 20:28 (UTC +04:00)
Bakıda yaşlı qadın itkin düşüb.
Bakıda kürəkən itkin düşən 81 yaşlı qayınanasını axtarır

Bakı. Samir Əli - Trend:

Bakıda yaşlı qadın itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə polisə paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi ev 4-a, mənzil 70-də yaşayan Aslanov Murad İlyas oğlu məlumat verib.

Məlumatda bildirilir ki, onunla birlikdə yaşayan qayınanası - 1938-ci il təvəllüdlü Səlimova Lidya Cavad qızı sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti