...

3-cü mikrorayon dairəsi istiqamətində bu 6 avtobusun hərəkəti dəyişdirilir

Gündəm Materials 27 Sentyabr 2019 18:56 (UTC +04:00)
Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.
3-cü mikrorayon dairəsi istiqamətində bu 6 avtobusun hərəkəti dəyişdirilir

Bakı. Samir Əli - Trend:

3-cü mikrorayon dairəsi istiqamətində 6 avtobusun hərəkəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.

Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti