...

"Qırmızı Körpü"də qanunsuz yolla keçirilən spirtli içki, fişəng və pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Gündəm Materials 2 Oktyabr 2019 10:57 (UTC +04:00)
Spirtli içki, fişəng və pirotexniki vasitələr aşkarlanıb
"Qırmızı Körpü"də qanunsuz yolla keçirilən spirtli içki, fişəng və pirotexniki vasitələr aşkarlanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatları əsasında üç fakt üzrə pirotexniki vasitə, figəng və spirtli içkilərin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes-Benz 250D", "Ford Transit" və "Mercedes-Benz S350" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərlərində "Tiger Power", "Bracker EK6207" yazılan 28 qutu və 960 ədəd pirotexniki vasitələr, üzərində "Roman Candle" yazılan 190 ədəd fişəng və "Yagermaster" markalı 17 ədəd spirtli içki aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti