...

Azərbaycanda 83 əcnəbi qaçqın statusu alıb

Gündəm Materials 23 Yanvar 2020 11:05 (UTC +04:00)
Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş mandat əsasında yaşayan şəxslər var
Azərbaycanda 83 əcnəbi qaçqın statusu alıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda qaçqın statusu alan 83 nəfər əcnəbi var.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi qeyd edib ki, həmçinin Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş mandat əsasında yaşayan şəxslər də var.

"Onların sayı hazırda 2 min 101 nəfərdir. Azərbaycanda qaçqın statusu alan müxtəlif ölkə vətəndaşları olsa da, Əfqanıstan vətəndaşları çoxluq təşkil edir. Qaçqınlar arasında İran, Suriya, Rusiya və Misir vətəndaşları da var", - deyə V.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti