...

Oğuzda dağlıq ərazidə yanğın baş verib

Gündəm Materials 26 Yanvar 2020 17:38 (UTC +04:00)
Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verib
Oğuzda dağlıq ərazidə yanğın baş verib

Bakı. Trend:

Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti