Bakı metrosunda koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başlandı (FOTO)

Bakı metrosunda koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni"ndə yeni koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlanıb.

Trend-in məlumatına görə, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq.

Aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir.

Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir.

Bu məqsədlə, "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb.

Ardıcıl tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq.

Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək.

Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub.

Bundan başqa, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək.

Dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.

Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcəkdir.

O da xüsusi vurğulanmalıdır ki, "Bakı Metropoliteni"ndə sanitar-gigiyenik norma və qaydaların tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir. Qatar, stansiya, şaxta və tunellərdə, eləcə də digər istismar və tikinti obyektlərində sanitar-gigiyenik normaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinseksiya (həşəratlarla mübarizə), deratizasiya (gəmiricilərlə mübarizə) və profilaktik məqsədlə dezinfeksiya (mikroblarla mübarizə) tədbirləri müntəzəm surətdə həyata keçirilir. Görülən işlərə daim nəzarət olunur, qurğuların müntəzəm monitorinqi aparılır. Ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.

Qeyd olunan tədbirlər zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun hesab olunan dərman vasitələrdən istifadə olunur. Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir. Əlavə olaraq, müvafiq laboratoriya ən müasir ölçmə cihazları vasitəsilə stansiya, tunel və qatarlarda, həmçinin xidməti otaqlarda mikroiqlim şəraitini gündəlik qrafik əsasında yoxlayır.

Bütün tədbirlər metropoliten işçilərinin normal fəaliyyət göstərmələri üçün sanitar-gigiyenik normalara uyğun sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməklə bərabər, metrodan istifadə edən paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının da rahat şəkildə daşınmasına xidmət edir.

"Bakı Metropoliteni" QSC sərnişinlərini metropolitendə sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə, bu məsələlərdə fəal mövqe tutmağa dəvət edir.

Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və s. bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmamasına, yapışdırılmamasına və digər bu kimi hallara yol verilməməsi mühüm əhəmiyyət kəsb edir.

İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyona çatır
Bakıda mənzildən kişi meyiti tapılıb
Çexiyanın yeni XİN rəhbəri Yakub Kulqanek təyin edilib
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycan gimnastı Avropa Çempionatının finalına çıxıb
ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub
Türkiyə ordusu ilin əvvəlindən 836 terrorçunu zərərsizləşdirib
Mariya Stadnik Avropa çempionatının finalında (FOTO)
Bakıda minik avtomobili yanıb
Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir - Deputat
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
"SOCAR Ukraine" qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bütün xəbərlər