...

Bakıda əhalinin sıx toplaşdığı yerlərdə sosial izolyasiya xətləri çəkildi (FOTO)

Gündəm Materials 9 İyun 2020 17:14 (UTC +04:00)
Bakıda əhalinin sıx toplaşdığı yerlərdə sosial izolyasiya xətləri çəkildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda polis sosial izolyasiya ilə bağlı tədbirlərini davam etdirir.

Trend-in məlumatına görə, tədbirlər çərçivəsində Binəqədi rayon Polis İdarəsinin əməkdaşları karantin dövründə əhalinin sıx toplaşdığı yerlərdə, küçə və parklarda sosial izolyasiya xətləri çəkib.

Rayon ərazisində ictimai-iaşə obyetlərinin qarşısında, dayanacaqlar və digər ərazilərdə sosial məsafənin qorunması üçün nişanlanma həyata keçirilib. Məqsəd epidemiyanın qarşısını almaq, əhalinin təhlükəsizliyinin təmin edilməsi və pandemiyanın yayılmasına mane olmaqdır.

Xətlənmə və işarələnmə rayon ərazisində bütün sıxlıq olan əsas küçə və prospektlərdə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti