...

Qubada yol qəzasına düşən həkim briqadasının 5 nəfəri evə buraxılıb

Gündəm Materials 8 İyul 2020 16:56 (UTC +04:00)
Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdarkən yol qəzasına düşən 7 nəfərlik həkim briqadasıdan 5 nəfər evə buraxılıb.
Qubada yol qəzasına düşən həkim briqadasının 5 nəfəri evə buraxılıb

Bakı. Samir Əli - Trend:

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdarkən yol qəzasına düşən 7 nəfərlik həkim briqadasıdan 5 nəfər evə buraxılıb.

Bu barədə Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, evə buraxılan həkimlərin xəsarətləri yüngül, vəziyyəti isə normal olub: "5 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, xəsarət alan iki nəfər isə müayinəyə göndərilib". Xatırladaq ki, Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalının 7 nəfərlik həkim briqadası təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti