...

Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri

Gündəm Materials 10 İyul 2020 17:54 (UTC +04:00)
Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri

Bakı. Samir Əli - Trend:

Dializ xəstələrinin sərt karantin şəraitində xəstəxanaya çatdırılmasında problem olmayıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sərt karantin günlərində ictimai nəqliyyat işləməsə də, Bakı Nəqliyyat Agentliyi bunun üçün xüsusi nəqliyyat vasitəsi ayırıb: "Bu həftə sonu sərt karantin elan olunan ərazilərdə dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək. Bu sahədə hansısa problem yaranacağı gözlənilmir. Bu məsələ diqqətdə saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti